Sualınız var? Bizə yazın

Statusa şərhlərə necə baxmaq olar?

Məqalə yeniləndi 28.02.2023

Yəqin bilirsiniz ki, Tənzimləmələrdə qadağa qoymamısınızsa, qonaqlarınız statusunuzun altında şərh yaza bilər. Bu yazıda statusunuzla bağlı şərhlərə necə baxmaq lazım olduğunu ətraflı izah edəcəyik

Status şərhlərinə baxmaq üçün aşağıdakıları etməlisiniz:

  1. "Qeydlər" bölməsinə daxil olun.
  2. Sizi maraqlandıran statusun altında bu statusa yazılan şərhlərin sayını göstərən rəqəmə basın.

Eynilə (şərhlərin sayını göstərən rəqəmə basmaqla) profilinizin əsas səhifəsindən cari statusa yazılan şərhlərə baxmaq olar.


Həmçinin statusun özünə basmaqla statusa şərhləri yoxlaya bilərsiniz.


Statusa yazılan şərhlərə "Müzakirələr" bölməsində də baxmaq mümkündür (bu şərtlə ki, bu statusa şərhlər artıq əvvəlcədən əlavə edilmiş olsun).

Bu cavab faydalı oldu? 
Bəli
Xeyr